itv.az
Sport News

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası

Apr 21 Oxunub 196
Rate this item
(0 votes)

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclası keçirilib

 

“Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi haqqında” Dövlət Neft şirkəti ilə “SOCAR Umid Oil and Gas Limited” şirkəti arasında Risk Xidmət Sazişinin və ona əlavə olunmuş “Xəzər dənizinin Azərbaycan sektorunda Ümid yatağının və Babək perspektiv strukturunun daxil olduğu dəniz blokunun kəşfiyyatı və işlənməsi üzrə neft-qaz əməliyyatlarının aparılması haqqında” “Socar Umid Oil and Gas Limited” şirkəti ilə “Umid”, “Babek Exploration and Prodaction” şirkəti arasında Müqavilənin qəbul və təsdiq edilməsi, həyata keçirilməsinə icazə verilməsi barədə” qanun layihəsi Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin iclasında müzakirə edilib. 

Qanun layihəsinin Milli Məclisə ölkə başçısının imzası ilə daxil olduğunu deyən Milli Məclis sədrinin müavini,  Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Valeh Ələsgərov bildirib ki, Xəzərin Azərbaycan sektorunda yerləşən Ümid yatağının 200 milyard kubmetr qaz, 40 milyon ton kondentsat ehtiyatının olduğu proqnozlaşdırılır. Babək perspektiv yatağında hələ ki, kəşfiyyat işləri aparılmadığından onun təbii ehtiyatları dəqiq müəyyənləşməyib. Qanun layihəsinin hər iki yataqda neft-qaz əməliyyatlarının aparılmasına icazə verdiyini deyən vitse-spiker qeyd edib ki, məqsəd daxili bazar üçün təbii qaz təchizatının tam nəzarətdə saxlanılması və xarici amillərdən aslılığı azaltmaqdır.

 

Millət vəkili, SOCAR-ın prezidenti Rövnəq Abdullayev bildirib ki, yataqların işlənməsi üçün yaradılacaq “Socar Umid” şirkəti podratçıları özü müəyyənləşdirəcək. Mənfəətin pay bölgüsündə Azərbaycanın payı əvvəlki illərdə 45 faiz olsa da, mərhələli şəkildə bu rəqəm 85 faizə çatdırılacaq. İlkin hesablamalara  görə Ümid və Babək yataqlarının işlənməsi üçün minimum 6 milyard dollar vəsait lazım olacaq.

Müzakirələr zamanı qeyd olunub ki, qanun layihəsində Azərbaycan hökumətinin Risk Xidmətləri sazişinə verdiyi təminat və öhdəliklərin həyata keçirilməsinə icazə verilir. Eyni zamanda sazişin əsas mətninə edilən 5 və müqavilənin əsas mətninə edilən 9 əlavənin qəbuluna imkan yaradır. Tərəflərin bununla əldə etdikləri hüquq və mənafelər onların qabaqcadan razılığı olmadan dəyişdirilə, düzəldilə və azaldıla bilməz. Sonda qanun layihəsi Milli Məclisin plenar iclasına tövsiyyə edilib.

HomeAZERBAIJANAZERBAİJANÖlkə ərazisində hava qeyri-sabit keçəcək
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image