Münhendə Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçirilib

Fev 17 Oxunub 186
Rate this item
(0 votes)

Avropada yaşayan azərbaycanlılar fevralın 16-da Almaniyanın Münhen şəhərində Xocalı soyqırımının 25-ci ildönümü ilə bağlı etiraz aksiyası keçiriblər.

Münhen Təhlükəsizlik Konfransının keçirildiyi otelin önündə baş tutan aksiyanı Avropa Azərbaycanlıları Konqresi, Bielefeld Azərbaycan Mədəniyyət Mərkəzi, Bakı Nurnberq Mədəniyyət və Təhsil Cəmiyyəti, Münhendə fəaliyyət göstərən türk diaspor təşkilatları birgə təşkil ediblər. Aksiyada “Xocalıya ədalət!”, “Ermənistan, işğaldan və terrordan əl çək!”, “Biz torpaqlarımızı hökmən azad edəcəyik!”, “Dilqəm Əsgərova və Şahbaz Quliyevə azadlıq!”, “Xocalı soyqırımı insanlığa qarşı cinayətdir!”, “Biz terrora və soyqırımına yox deyirik!” kimi şüarlar səsləndirilib. Tədbirdə çıxış edən azərbaycanlılar beynəlxalq ictimaiyyətdən Ermənistanın təcavüzkar, işğalçı siyasətinə qarşı qətiyyətli mövqe nümayiş etdirməyi, bəşər tarixinin ən dəhşətli cinayətlərindən biri olan Xocalı soyqırımına hüquqi qiymət verməyi tələb ediblər. Həmvətənlərimiz Prezident İlham Əliyevin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində siyasətini dəstəklədiklərini, Azərbaycan dövləti ilə həmrəyliklərini, torpaqlarımızın işğaldan azad edilməsi üçün əllərinə silah götürməyə hazır olduqlarını bildiriblər. Soydaşlarımız Azərbaycan Prezidentinin münaqişənin həllinə yönəlmiş siyasətinin regionda sülhün və sabitliyin təmin olunmasına xidmət etdiyini vurğulayıblar. Qeyd olunub ki, dövlət başçısının uğurlu siyasəti nəticəsində Azərbaycan güclü, beynəlxalq aləmdə öz sözünü deməyə qadir bir dövlət kimi tanınmaqdadır və bu, bütün dünya azərbaycanlılarında qürur doğurur. Mitinqdə iştirak edən soydaşlarımız bir milyondan çox həmvətənimizin məcburi köçkünə çevrilməsinə, Ermənistanın təcavüzü nəticəsində doğma torpaqlarından didərgin düşmüş azərbaycanlıların hüquqlarının pozulması faktına dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların laqeyd münasibətinin ciddi narahatlıq doğurduğunu vurğulayıblar. Aksiyada son dövrlərdə Ermənistan ordusunun cəbhə xəttində atəşkəsi mütəmadi olaraq pozmasının, Azərbaycan Ordusunun mövqelərini, habelə yaşayış məntəqələrində mülki əhalini atəşə tutmasının, təmas xəttində təxribatlar törətməsinin dərin narahatlıq doğurduğu vurğulanıb.

HomeAZƏRBAYCANPrezident İlham Əliyev İtaliyanın iqtisadi inkişaf naziri ilə görüşüb
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image