itv.az
Sport News

Bu gün Nəsir İmanquliyevin anım günüdür

Mart 07 Oxunub 420
Rate this item
(0 votes)

Bu gün  ictimai-siyasi xadim və publisist, əməkdar jurnalist, pedaqoq Nəsir İmanquliyevin anım  günüdür.

Alimin elmə, milli mətbuatımızın inkişafına töhfələri hər zaman sevgi və hörmətlə xatırlanır. Nəsir İmanquliyev ömrünün 70 ilini Azərbaycan mətbuatının, mədəniyyətinin inkişafına, peşəkar jurnalist kadrların hazırlanmasına həsr edib. 1911-ci ildə Bakıda dünyaya göz açan istedadlı qələm sahibi Həsən bəy Zərdabi, Əli bəy Hüseynzadə, Mirzə Cəlil, Üzeyir Hacıbəyli kimi klassiklərin ənənələrini davam etdirərək, onu zənginləşdirib. Yarım əsrdən artıq Bakı Dövlət Universitetinin jurnalistika fakültəsində zəngin pedaqoji fəaliyyətlə məşğul olan alim bu sahədə istedadlı  böyük bir nəslin formalaşmasına təkan verib. Milli mətbuat tariximizdə özünün jurnalistika məktəbini yaradıb. Tələbəlik illərindən başlayaraq, “Komunist”, “Yeni yol”, “Gənc işçi” qəzetlərində çalışan qələm sahibinin fəaliyyəti tarixin çətin və keşməkeşli döngələrindən keçib. İkinci dünya müharibəsi zamanı  siyasi işçi kimi Krım cəbhəsinə göndərilib. “Vuruşan Krım” qəzetinin məsul katibi kimi çalışıb, həmçinin hərbi hissədə tərcüməçi kimi kömək edib.  Yüksək intellekt, təşkilatçılıq qabiliyyəti, peşəkarlıq və novatorluq  xüsusiyyətlərinə malik alim istedadlı gəncləri ətrafına toplayaraq, onlara  geniş yaradıcılıq imkanları yaradırdı. 1958-ci ildə təməlini qoyduğu, mətbuat tarixində böyük rola malik  “Bakı” və “Baku” qəzetləri bu mənada tələbə jurnalistlərin təcrübə meydanına çevrilmişdi. 30 il fasiləsiz rəhbərlik etdiyi həmin mətbu orqanlarda dövrünün tarixi xronikasını yaradıb. 87 illik ömrünün 70 ilini kütləvi informasiya vasitələrinin quruculuğu işinə həsr edən  Nəsir İmanquliyev  bu sahədə sanballı monoqrafiyaların,  dərs vəsaitlərinin müəllifidir.  O, qayğıkeş müəllim, peşəsinə sadiq jurnalist kimi mətbuat tariximizdə həmişə yaşayır. 

HomeELM VƏ TEXNOLOGİYA
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image