itv.az
Sport News

"Carçı-film"

“Carçı film”

“Carçı film” yaradıcılıq birliyi İctimai Televiziyanın nəzdində, sənədli, tarixi-sənədli və digər müxtəlif səpgili  filmlərin istehsalı ilə yanaşı, həm də,xarici ölkələrdə  istehsal olunmuş filmlərinin dublyajı  ilə məşğuldur. Birlik, mövcud olduğu müddət ərzində 600-dən çox bədii, sənədli və televiziya filmi çəkilib. Azsaylı xalqların həyatına, adət-ənənələrinə, tarixi abidələrimizə, Novruz və Yeni il şənliklərinə, eləcə də, tanınmış sənətkarların həyat və yaradıcılığına həsr olunan tammetrajlı filmlər müxtəlif vaxtlarda İctimai Televiziya vasitəsilə yayımlanıb. Bu filmlərdən bir neçəsinin qeyd olunması kifayətdir ki,onların bədii yükü haqqında tamaşaçı məlumatlansın. 

   Bədii filmlər 

1.     Sonuncu dərviş (Dahi rəssam Səttar Bəhlulzadəyə həsr olunub)

2.     M.Cəlil - “Saqqallı uşaq”

3.     S.Ə.Şirvani - “Ehsan”

4.     İlqar Fəhmi - "Məcnunlar"

5.     Rafiq Səməndər “Köhnə həyətdə yeni il”

6.     Ramiz Rövşən “Dekabrın son günü”

7.     İmir Məmmədli “Balqabaq”, "Sovqat"

8.     İsa Muğanna “Yanlış da bir naxışdır”

       

        "BAKI VAXTI" SİLSİLƏSİ 

Bakının dünəni, bugünü və sabahı barədə

  1-ci filmdə 

1859-cu ildə Şamaxıda zəlzələ baş verməsi ilə əlaqədar Bakının quberniya mərkəzinə çevrilməsi tarixindən bəhs olunur. 

***

  2. İstiqlaliyyət Küçəsi 

Bakının əsas küçələrindən biri olan İstiqlaliyyət (keçmiş Nikolayevsk) küçəsinin salınma tarixindən bəhs olunur. 

***

  3. İsmailliyə binası 

 “İsmailliyyə” binası kimi tanınan Azərbaycan MER-nın Rəyasət Heyəti binasının tikilmə tarixindən və memarlıq xüsusiyyətlərindən söhbət açılır. 

***

  4. 42-ci ilin isti yayı

İkinci Dünya Müharibəsi illərində Bakı neftinə sahib çıxmaq istəyən Qərb ölkələri liderlərinin Bakını partlatmaq, dağıtmaq planlarından söhbət açılır.

 ***

  5. Filarmoniya binası   

 Azərbaycan Dövlət Filarmoniyası binasının tikilməsindən, eləcə də Filarmoniya bağının salınması tarixindən bəhs olunur.

***

  6. Azərbaycan prospekti  

Bakının ən qədim küçələrindən olan keçmiş Bazarnaya, indiki Azərbaycan prospektinin tarıxındən bəhs olunur.

***

  7. Opera və Balet teatrı   

 opera və balet teatrının tikilmə tarixindən, bu binanın inşası ilə bağlı gəzən söz-söhbətlərdən, ötən əsrin 80-ci illərində teatrın yandırılmasından söhbət açılır. 

***

  8. Dəmiryolu vağzalı.

Bakı dəmiryolu vağzalının tikilməsi tarixi,

 ***

  9.  Qoşa qala qapısı.

İçərişəhəri əhatələyən qala divarlarının salınma tarixi, şəhərin müdafiəsində bu  divarların rolu, qala divarlarının bir qatının sökülməsi və s. barədə hekayət.

 ***

  10.  İncəsənət muzeyi.

Bakı varlısı De Burun evi kimi tanınan Azərbaycan Dövlət İncəsənət muzeyi binasının tikilmə tarixi, bu binanın taleyi barədə.

 ****

  11.28 may küçəsi.

Bakının qədim küçələrindən biri olan 28 may küçəsinin tarixinə həsr olunacaq

 ***

  12. Səadət sarayı.

Bakıda M.Muxtarovun evi kimi tanınan və hazırda Səadət Sarayı kimi fəaliyyət göstərən binanın tarixinə dair 

******

       Edqar Po “Dalan”

Bu televiziya filmi məşhur Amerika yazıçısı Edqar Ponun “Daxili ziddiyətlər” novellasınınn motivləri əsasında çəkilib. İctimai Televiziyanın “Carçı-film” yaradıcılıq birliyi dünya ədəbiyyatının ən yaxşı nümunələrinə də tez-tez müraciət edir. Bunlardan biri də “Dalan” əsəridir.  

Mənəvi təmizlik filmin əsas süjet xəttidir: Varlı bir yataq xəstəsinə qulluq edən kasıb bir qız günlərin bir günündə sözün əsl mənasında şoka düşür. Kirayə qaldığı evin pulunu ödəməyə belə imkanı olmayan bu qıza həmin varlı xəstə bütün var-dövlərini vəsiyyət edir. Yataq xəstəsi ölmək bilmir. Qızın isə səbri tükənir. Bəs nə etməli? Sualın cavabı aydındır.  

Filmin ssenari müəlllifi və rejissoru Nəsimi Əliyevdir. Baş rollarda Fizzə Nadirova, Əli Namaz və başqaları çəkilib.                                                                                                                                   

        Anar “Qırmızı Limuzin”  

 Psixoloji bir hekayədir. Əsərin qəhrəmanı qocaman jurnalist Osmandır. Günlərin bir günü osmanı hər addımını qırmızı bir limuzin izləməyə başlayır. Və elə bu qırmızı limuzin də onun axırına çıxır. Niyə bu maşın məhz qırmızıdır? Niyə Osman qırmızı rəngin qurbanı olur? Filmdə bu suala cavab axtarışları öz əksini tapır

 

        Sənədli filmlər 

    Harribaldi ulduzlu partizan

 Məmməd Bağırov ikinci dünya müharibəsi illərində İtaliyanın alman faşizmindən azad olunmasında yaxından iştirak edib. Müharibə bitdiyi vaxt döyüşlərdə göstərdiyi qəhrəmanlığa görə Müttəfiq qoşunlarının Baş komandanlığı ona Harribaldi ulduzu kovalyeri və şöhrət ordeni mükafatlarını təqdim edib. O, 1983-ci ildə İtaliya dövlətinin dəvəti ilə İtaliyaya gedib və Pioçensa şəhərinin azad olunmasının  40-cı ildönümünə aid keçirilən beynəlxalq simpozyuma qatılıb. Ulu öndər Heydər Əliyevin 1997-ci ildə İtaliyaya səfəri zamanı Məmməd Bağırov da onunla birlikdə keçirilən tədbirlərdə iştirak edib.  

   Topoqraf general İbrahim ağa Vəkilov 

 Azərbaycan hərb tarixində müstəsna xidmətləri olmuş topoqrof-general İbrahim ağa Vəkilov Zaqafqaziyada özündən əvvəl və sonra bu sahə üzrə ilk ali hərbi rütbəli mütəxəssis olmuşdur. Onun XX əsrin əvvəllərində hazırladığı xəritə və hərbi planlardan indi də istifadə olunmaqdadır. 

    Kəşfiyyat komandiri Vəzir Orucov 

 Əslən Ermənistanlı olan Vəzir Orucov 1956-ci ildə tərtər rayonunda anadan olub. Erməni qəsbkarları Qarabağ torpaqlarına qarşı işğalçılıq müharibəsinə başladığı vaxt könüllü müharibəyə yollanıb. O əvvəlcədən kəşfiyyat komandiri, daha sonra isə batalyon komandiri olub. Vəzir bir neçə istiqamətdə ermənilərin hücum planlarını puça çıxarıb.

 Efir vaxtının əhəmiyyətli qismi dublyaj məhsuludur.

 İctimai Televiziya və Radio Yayımları Şirkəti fəaliyyətə başladığı 2005-ci ilin avqustundan xəbərlər xidmətilə yanaşı tam gücü ilə yaradıcı işə start verən Kino və dublyaj departamenti olub. Olduqca qısa müddət ərzində məşhur ekran əsərləri, reytinqli telesseriallar, maraqlı sənədli filmlər və animasiya filmləri tərcümə, redaktə edilmiş, səsləndirilmiş və Azərbaycan tamaşaçısına təqdim olunmuşdur. Arxada qoyduğumuz 6 il yarımda Kino və dublyaj departamentinin iki studiyasında 565 adda xarici bədii film, 202 sənədli, 40-dan çox cizgi filmi ana dilimizdə tamaşaçılara təqdim olunub. Bundan başqa departamentin yaradıcı kollektivi ötən müdətdə 21 teleserialı, 12 cizgi serialını dublyaj edərək, efirə verib. Aparılan sosial sorğular nəticəsində bəlli olub ki, tamaşaçı auditoriyasının rəğbətini qazanan, ən yüksək reytinqli efir məhsullarımız “Ihlamurlar altında”, “Xəyanət” (seriallar), “İtalyansayağı nikah”, “Qraf Monte Kristo”, “İstanbul missiyası”, “Fantomas”, “”Şerlok Holms” (bədii filmlər), “İğtişaş dövrünün sirləri”, “Yaponiya mozaikası”, “Nəhənglər” (sənədli filmlər), “Tom və Cerri”, “Bir dayan” (cizgi filmləri) kimi filmlərimiz olub. 

Hazırda, İctimai Televiziyanın video-fondunun əhəmiyyətli hissəsini “Carçıfilm”Yaradıcılıq birliyinin məhsulları təşkil edir.

“ Film-Media "

 Diqqətli tamaşaçılarımız, İctimai Televiziyanın efirində,”Carçıfilm” Yaradıcılıq Birliyinin yeni bir verilişi –“Film-Media”nı izləyirlər.

Birliyin maarifləndirici layihəsi kimi təqdim olunan bu yeni proqramda növbəti həftə ərzində efirə veriləcək filmlərin anonsları ilə yanaşı, kino dünyasındakı ən son yeniliklər və maraqlı məlumatlar da öz əksini tapır.

 “Film-Media” efirə çıxdığı qısa zaman kəsiyində artıq seyrçilərimizin rəğbətini qazana bilib. 

 

 

  

Tarixi sənədli filmlər:

İçəri şəhər
Dərbənd Qalası
Naxçıvan və Ordubad abidələri
Nüşabə Qalası
"Daşlarda yaşayan tarix"
"Süleymaniyə camisi" (İstambul şəhəri)
"Sandıq"
“Qızıltorpaq əfsanəsi”
“Bizim ellər” (Tərəkəmələr)
“ Parcalanmış xanədan ”
“Rənglərin sehri”
“Azadlıq mücahidi” (Həmdullah Əfəndi)
“İlanın ağı və qarası”
“Bizim ellər” (Susaylılar)
“Dünya incəsənətindən nadir incilər” (Salvador Dali)
“Nizami dünyasının rəngləri Romada”
“Cizgilərin harmoniyası” (Qrafika)
“Daş naxışlar”
“Bizim ellər” (Axvaxlar)
“Bakı vaxtı. Respublika stadionu”
“Göygöl sənətkarlıq paytaxtı”
“Vatikandan... Romaya qədər”
“Bizim ellər” ( Rutullar)
“Halay”
“Azərbaycanfilm - 90”
“Dünya incəsənətindən incilər” (Antonio Qaudi)
“Mərdəkan qalası”
“37-ci ilin “Koroğlu”su”
“Ekran-efir yollarında”
“Dövlət Bayrağı Meydanı”
“Məhsul bolluğu bayramı” (Balakən rayonu)
“Oğuz yurdu”
“Bizim ellər” (Padarlar)
“Zaqatala folklor paytaxtı”
”Qağayı” sənədli film
”Parisin memarlıq inciləri”-Luvr muzeyi
”Pillələr”-Gələcəyin çempiyonları
”Sətirlərdən Notlara – İslam Səfərli”
“Bakı Beynəlxalq Turizm Filmləri Festivalı”
“İstiqlal tariximizdən - Məhəmməd Əmin Rəsulzadə”

       İncəsənət xadimləri haqqında filmlər:

Adil İskəndərov
Leyla Bədirbəyli
Hökümə Qurbanova
Sidqi Ruhulla
LütfəliAbdullayev
"Zirvədəkilər” (Çingiz Abdullayev)
"Teleportret"(Mövsüm Sənani)
“Teleportret” (Şövkət Ələkbərova)
“Aktyor ömrü” (Ülvi Rəcəb)
“Teleportret” (Şahmar Ələkbərov)
“Sən yadıma düşəndə” (Elza İbrahimova)
“Muğamın Arifi”
“Sənətinin sahibi” (Ilham Namiq Kamal)
.“Aktyor ömrü” (Abbas Mirzə Şərifzadə)
“Mənim dünyam” (Tofiq İsmayılov)
“Düşürsən yadıma” (Emin Sabitoğlu)
“Sətirlərin sədası” (Əli İldırımoğlu)
. “Yaşamaq istəyirəm” (Qulu Xəlilov)
“Könlüm bahar istəyir” (Ramazan Xutrayev)
“Bizi bağışlayın” (Həsən Məmmədov)
“Ömrümdən keçən rənglər” (Nağdəli Xəlilov)
“Sətirlərdən notlara” (İslam Səfərli)
”Adına yaraşan ömür “-Münəvvər Kələntərli
”Müxlis müəllim” -Müxlis Cənizadə
”Bir şair ömrü”-Əhmət Cəmil-100
”Aktyor ömrü”-Hacıbaba Bağırov
”Aktyor ömrü”-Taryel Qasımov
”Bir şair ömrünü yaşatmaq üçün”-Nərman Həsənzadə

  Film musiqiləri-Sountreklər

"Bu dünya bir qızıl küzəyə bənzər" (klip)
“Kino musiqisi” (Aleksandr Zasepin)
”Kino musiqisi”-Valadimer.K
“Kino musiqisi” –Emin Sabitoğlu
“ Kino musiqi “ -Qara Qarayev“
Kino musiqi “ –Vasif Adıgözəlov

 Dublyaj olunmuş filmlər:

”Pis əhval”
”Kısanda” bədii film
”Elektrik dumanında” bədii film
”Bluberri” bədii film
”Oxuyub yandırmalı”
“Cəhənnəmdə”
”Uydurulmuş qəhrəmanlar”
”Ayın işçisi”
”Voterlo körpsü”
”Alfa və omeqe” animasiya filmi
”Ailəcanlı”
”Sevgi layihəsi”
”Qəzəbin rəngi”
”Pyoturun gəncliyi”
”Çingizxan”
”Ölümün oyanışı”
”Özbaşnalıq”
”Ötən ilin son gecəsi”
”Morosko”
”Kornaval gecəsi”
“Zolaqlıların səfəri”
“Qoca Xottabıç”
“Qorxma mən səninləyəm”
“Madam Bavari”
“Əlibaba və qırx quldur”
“Bir ailə”
“İnadkarın ram edilməsi”
“Alış daha burda yaşamır” və.s

 

 

 

 

 

 

 

Home"CARÇI" İnformasiya proqramıEUROVISION - 2015“Eurovision-2014” mahnı müsabiqəsinin final mərhələsinin əsas məşqinə 36 ölkədən münsiflər heyəti də birbaşa qoşulub
ITV Duzelis

Select one of sample color schemes

Google Font

Menu Font
Body Font
Heading Font

Body

Background Color
Text Color
Link Color
Background Image

Top Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Header Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainmenu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Slider Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Mainframe Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Scroller Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Menu Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image

Bottom Wrapper

Background Color
Modules Title
Text Color
Link Color
Background Image
Background Color
Modules Title
Text Color
Link Color
Background Image